Uşağın mədəsindən `qəpik` çıxdı


16:20     21 Noyabr 2016 qepikudub.jpg

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən bir neçə gün əvvəl RMDM-ə yad cisim udması, qusma, ürəkbulanma və halsızlıq şikayətləri ilə müraciət edən 4 yaşında uşaqda aparılan Rentgen müayinəsi zamanı mədədə yad cismin olması təsdiq edilib.



Səhiyyə Nazirliyindən Femida.az -a verilən məlumata görə, müayinənin nəticəsində yad cismin endoskopik yolla xaric edilməsinə qərar verilib.

RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev, həkim-qastroenteroloq Cəmil Kamilli və həkim-anestezioloq Rasim Əliyevin birgə səyi nəticəsində yad cismin xaric edilməsi fəsadsız başa çatdırılıb və uşaq tam sağlam vəziyyətdə evə yola salınıb.

Açar sözlər:

Oxunub: 2496